newsPhoto

“Caspian Energy Club” tərəfindən növbəti onlayn “B2G Forumu” keçirilib

Özəl sektorun miqrasiya idarəçiliyində iştirakı miqrasiya ilə dayanıqlı inkişaf arasındakı əlaqəni gücləndirməyə kömək edir. Caspian Energy Club üzvləri ilə reallaşdırılan tədbirlər, eləcə də birgə əməkdaşlığımız bütün tərəflər üçün faydalıdır. Bu fikirləri Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov sözügedən tədbirdə səsləndirib. Bildirib ki, Xidmət fəaliyyətində sahibkarlarla dialoqun inkişafına xüsusi önəm verir. Dövlət Miqrasiya Xidmətinin nəzdində yaradılmış Məşvərət Şurasının məqsədi məhz ölkəmizdə fəaliyyət göstərən sahibkarları bir araya gətirərək yarana biləcək çətinlikləri aradan qaldırmaq, miqrasiya sahəsində qanunvericiliyin sahibkarlara təsirini qiymətləndirməkdir.

Vüsal Hüseynov pandemiya dövründə dövlət-özəl sektor əməkdaşlığının əhəmiyyətinin nəzərəçarpacaq dərəcədə artdığını da diqqətə çatdırıb. Pandemiyanın ölkəmizdə olan miqrantlara təsirlərinin minimuma endirilməsi, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunsuz vəziyyətə düşmələrinin qarşısının alınması məqsədilə Xidmət tərəfindən görülən işlərdən bəhs edib. Vüsal Hüseynov, həmçinin işgüzar dairələr arasında son illər ərzində keçirilmiş sorğularda miqrasiyanın idarəedilməsi sahəsində irəliləyişlərin olduğunu bildirib.

“Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev isə dövlət-biznes dialoqunun yüksək səviyyədə təşkili baxımından bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıb. Dövlət Miqrasiya Xidməti ilə qurulan sıx əməkdaşlıqdan danışıb.

Tədbirdə sahibkarlarla əməkdaşlığın inkişafı istiqamətləri barədə fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur