newsPhoto

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında sorğular keçiriləcək

Azərbaycan Respublikasında miqrasiya siyasətinin yeni dövrün tələblərinə uyğunlaşdırılması, miqrasiya idarəçiliyinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, eləcə də miqrasiya proseslərinin inkişafa müsbət təsirinin daha da artırılması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir.

Bu silsilədən olan tədbirlərdən biri kimi miqrasiya idarəçiliyinin ölkəmizdə olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təsirini təhlil etmək və bu təhlil əsasında təkmilləşdirmələr aparmaq məqsədilə qeyd edilən kateqoriyadan olan şəxslər arasında anonim sorğuların keçirilməsi nəzərdə tutulur. Sorğu vərəqələri 3 dildə (Azərbaycan, ingilis və rus) hazırlanıb.  Ölkəmizdə miqrasiya siyasətinin və idarəçiliyinin təkmilləşdirilməsinə öz töhfəsini vermək istəyən əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri sorğularda onlara münasib olan dillərdən birini seçməklə iştiraka dəvət edirik.

Azərbaycan dilində: https://forms.gle/nJKcjEjGQ1ActBKPA


İngilis dilində: https://forms.gle/Toq2bQQD33p1gjXs7


Rus dilində: https://forms.gle/erzBFQN9vz9nEoDL6


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur