Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin məlumatı

2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək oyunları ilə əlaqədar Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin diqqətinə!

Bakı şəhərində keçiriləcək futbol üzrə Avropa çempionatı ilə əlaqədar ölkəyə səfər edən əcnəbilər aşağıda göstərilən sənədlərdən hər hansı birini təqdim etdikdə 2021-ci il iyulun 5-dək dövlət sərhədindən buraxılış məntəqələrində viza ala bilərlər:

  1. Oyunların Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin və ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;
  2. Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya digər sənəd;
  3. Bakı şəhərində keçiriləcək oyunlarda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Futbol oyunları ilə əlaqədar ölkəyə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslər mütləq qaydada uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd təqdim etməlidirlər.

QEYD: Avropa çempionatı oyunları ilə əlaqədar Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslər 15 gündən artıq ölkədə olduqları təqdirdə, olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti