newsPhoto

“Pandemiya dövründə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində əmək münasibətlərinin tənzimlənməsi” mövzusunda seminar keçirilib

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşəbbüsü ilə təşkil olunan tədbirdə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən çıxışlar edilib.

Onlayn formatda keçirilən seminarda müəssisə rəhbərləri, yerli və xarici fərdi sahibkarlar və onların nümayəndələri iştirak ediblər. DMX-nin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin, həmçinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin əməkdaşları müzakirə olunacaq məsələlər barədə ümumi məlumatlar veriblər. Miqrasiya problemlərinin idarə olunması və tənzimlənməsi sahəsində sahibkarlıq fəaliyyətinə müsbət təsir edəcək mövcud islahatlardan da söhbət açılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.