newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Azərbaycan-Fransa Ticarət Palatasının nümayəndələri ilə görüşüb

Onlayn formatda keçirilən görüşdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov ənənəvi görüşün dövlət qurumları və özəl sektor arasında dialoqun inkişafına müsbət təsirindən söhbət açıb. Bildirib ki, miqrasiya proseslərinin tənzimlənməsində özəl sektorun iştirakı qarşılıqlı əlaqələrin genişlənməsinə mühüm töhfədir. Daha sonra V.Hüseynov “Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2020” Hesabatında işəgötürənlər tərəfindən qaldırılan məsələlərə münasibət bildirib, əmək miqrasiya kvotası ilə bağlı yenilənmiş statistik məlumatların əldə edilməsi, eləcə də iş icazəsi üçün müraciətlə əlaqədar elektron xidmətlər sahəsində yaradılmış imkanlarla bağlı təqdimat keçirib.

Görüşdə çıxış edən Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas və Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Zaxari Qross, eləcə də Azərbaycan-Fransa Ticarət Palatasının rəhbərliyi tərəfindən Dövlət Miqrasiya Xidmətinin işəgötürənlərin fikirlərinə proaktiv yanaşması yüksək qiymətləndirilib.

Sonda Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur