Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

For Azerbaijan təşkilatının dəstəyi ilə “Tək Millət, Tək Ürək" Beynəlxalq Humanitar Platforması çərçivəsində Miqrasiya könüllüləri "Ramazan sovqatı” aksiyasına start veriblər. Tədbir çərçivəsində millət vəkili Ramil Həsənin iştirakı ilə 20 Qarabağ qazisi ailəsinə yardımlar edilib.

“Miqrasiya Könüllüsü” İctimai Birliyinin üzvləri Ucarda millət vəkili Ramil Həsən ilə birlikdə qazi ailələrini ziyarət edib, “For Azerbaijan” təşkilatı adından bayram sovqatlarını həmin ailələrə çatdırıblar.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüblər.

Daha sonra rayonda yaşayan 20 qazi ailəsi ziyarət olunub. 44 günlük Vətən müharibəsi zamanı göstərdikləri şücaətə görə qazilərə təşəkkür bildirilib, onlara can sağlığı arzulanıb. Prezident cənab  İlham Əliyev tərəfindən şəhid və qazi ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımların önəmi vurğulanıb. Daha sonra Miqrasiya könüllüləri Beynəlxalq For Azerbaijan Təşkilatı adından Ramazan sovqatını ailələrə təqdim ediblər.

 

 

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti