newsPhoto

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə 2021-ci ilin aprel ayı ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin aprel ayı ərzində 9532 zəng daxil olub. Onlardan 8741-i Azərbaycan dilində, 718-i rus dilində, 73-ü isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 2812-si müvəqqəti yaşama icazəsi, 1545-i müvəqqəti olma müddətinin uzadılması, 926-sı daimi yaşama icazəsi, 632-si iş icazəsi, 1250-si vətəndaşlıq məsələləri, 392-si olduğu yer üzrə qeydiyyat, 1975-i isə digər məsələlərlə bağlı olub.