Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətində “Tərəqqi” medalı ilə təltif olunan Azər Allahverənova mükafatı təqdim edilib

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan DMX yanında İctimai Şuranın sədri Azər Allahverənova mükafatı təqdim edib. Vüsal Hüseynov sərəncamın vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə verilən önəmin bariz nümunəsi olduğunu bildirib. Miqrasiya sahəsində QHT-lərlə əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini vurğulayıb. Xidmət rəisi, həmçinin Prezidentin sərəncamı ilə Azər Allahverənovun Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasına üzv seçilməsi münasibətilə təbriklərini çatdırıb. Azər Allahverənov göstərilən yüksək diqqətə görə dövlət başçısına minnətdarlığını ifadə edərək, bundan sonra da dövlətçilik ənənələrinə sadiq olaraq vətəndaş cəmiyyəti institutlarının effektiv fəaliyyətində əlindən gələni əsirgəməyəcəyini bildirib.

Sonda fəxri adla təltif olunan Azər Allahverənova medal və vəsiqə təqdim edilib. Xatirə şəkli çəkilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti