Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Aprelin 1-dən Azərbaycan və Türkiyə vətəndaşları sərhədkeçmə zamanı biometrik şəxsiyyət vəsiqəsindən də istifadə edə bilərlər

01.04.2021-ci il tarixdən Azərbaycan və Türkiyə vətəndaşları hər iki ölkə ərazisinə birbaşa səfər zamanı biometrik şəxsiyyət vəsiqəsindən istifadə edə bilərlər. Həmin şəxslər vizadan azad edilməklə 90 gün ölkədə qalmaq imkanı əldə edəcəklər. Bu zaman sərhədkeçmə sənədləri - şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu (xarici pasport) ölkə ərazisinə giriş tarixindən azı 30 gün etibarlılıq müddətinə malik olmalıdır.

Digər ölkələrdən Azərbaycan və Türkiyə ərazisinə, eləcə də  əks istiqamətdə sərhədkeçmə zamanı pasportlardan istifadə məcburidir.

Ölkəmizdə müddətdən artıq qalmaq istəyən Türkiyə vətəndaşları yaşamaq icazəsi almaq üçün pasportla müraciət etməlidirlər. Bu zaman həmin sənədin etibarlılıq müddəti tələb edilən müddətdən azı 60 gün artıq olmalıdır.

Xatırladaq ki, ölkəmizdə 15 gündən artıq qalmaq istəyən əcnəbilərin müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınması tələb edilir.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti