newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov vətəndaşların videoqəbulunu keçirib

26 fevral 2021-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov qəbula yazılmış vətəndaşların müraciətini onlayn formatda dinləyib.

Müraciətlər əsasən miqrasiya xidmətləri, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, vətəndaşlıq məsələləri, həmçinin işə qəbulla bağlı olub.

Vətəndaşların müraciətlərinin böyük əksəriyyəti yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Xidmət rəisi qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur