newsPhoto

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə 2021-ci ilin yanvar ayı ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari ilin yanvar ayı ərzində 8278 zəng daxil olub. Onlardan 7502-si Azərbaycan dilində, 707-si rus dilində, 69-u isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 2937-si müvəqqəti yaşama icazəsi, 2076-sı müvəqqəti olma müddətinin uzadılması, 376-sı daimi yaşama icazəsi, 396-sı iş icazəsi, 607-si vətəndaşlıq məsələləri, 167-si olduğu yer üzrə qeydiyyat, 1719-u isə digər məsələlərlə bağlı olub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur