newsPhoto

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə 2020-ci il ərzində daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə cari il ərzində 244398 zəng daxil olub.Onlardan 221715-i Azərbaycan dilində, 19708-i  rus dilində, 2975-i isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 66357-si müvəqqəti olma müddətinin uzadılması, 44007-si müvəqqəti yaşama icazəsi, 17303-ü vətəndaşlıq məsələləri, 15464-ü iş icazəsi, 9223-ü daimi yaşama icazəsi, 3220-si olduğu yer üzrə qeydiyyat, 88824-ü digər məsələlərlə bağlı olub.