Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Miqrasiya orqanlarında çalışan işçilər üçün qısamüddətli təlim kursları keçirilib

Dövlət Miqrasiya Xidmətinin struktur bölmələrində çalışan və “ASAN xidmət” mərkəzlərinə ezam edilmiş işçilər peşə hazırlığının yüksəldilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris mərkəzində təlimlərə cəlb olunublar.

Kurs çərçivəsində işçilərə “Vətəndaşların qəbulu və müraciətlərinə baxılması qaydaları, bu sahədə qanunvericiliyin tələbləri və qarşıda duran vəzifələr”, “Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi qaydaları”, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyəti və iş icazələri”, “Azərbaycan Respublikasının vətəndaşlığının əldə edilməsi və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydaları”, həmçinin “Etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizə texnikaları” mövzuları üzrə mühazirə və seminarlar təşkil olunub.

Təlim prosesində mövzulara dair dinləyiciləri maraqlandıran suallar cavablandırılıb, fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Kursun sonunda  dinləyicilərin  dinləmə və qavrama səviyyəsinin yoxlanılması məqsədilə imtahan, həmçinin təlimin və təlimçilərin qiymətləndirilməsi üçün sorğular keçirilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti