Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Noyabrda Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris mərkəzində təşkil edilən kursda 57 əcnəbi iştirak edib

Cari ilin noyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris mərkəzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün təşkil edilən  kursda 5 qrup üzrə ümumilikdə 57  dinləyici iştirak edib.

94 saatı əhatə edən tədris kursu Miqrasiya Məcəlləsində müəyyən edildiyi kimi ölkəmizdə yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dilinin leksikası və qrammatikası, tarixi və mədəniyyəti, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyi öyrənmələri məqsədilə təşkil edilir.

Qeyd edək ki, Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ölkə qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyin yoxlanılması üzrə keçirilən müsahibədə kurs dinləyicilərindən 87%-i müsbət nəticə göstərib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti