Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Əcnəbilərin cəmiyyətə inteqrasiyasına dair layihənin nəticələri müzakirə edilib

Dövlət Miqrasiya Xidməti və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə dəstəyi ilə “Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə inteqrasiya edilməsi istiqamətində tədbirlərin təşkili” layihəsinin yekunlarına dair təqdimat keçirilib.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, əcnəbilərin inteqrasiyası üzrə işçi qrupunun rəhbəri Azər Allahverənov layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verib.

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsi rəisinin müavini vəzifələrini müvəqqəti icra edən, kiçik miqrasiya xidməti müşaviri Kəyan Hacıyev əcnəbilərin inteqrasiyası istiqamətində dövlət siyasətindən danışıb. Bu müstəvidə vətəndaş cəmiyyəti ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Layihə rəhbəri Aynurə Hüseynova, eləcə də digər çıxışçılar dünya miqyasında geniş vüsət alan miqrasiya prosesləri fonunda bu istiqamətdə gələcəkdə həyata keçiriləcək fəaliyyətlərin Azərbaycan üçün də vacibliyini qeyd ediblər.

Sonda iştirakçılara əyani vəsaitlər paylanılıb, xatirə şəkli çəkilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti