Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Miqrasiya Könüllüləri Azərbaycan Tibb Universitetində 1 aylıq fəaliyyətə başlayıblar

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Könüllüləri Azərbaycan Tibb Universitetində təhsil alan əcnəbi tələbələrin miqrasiya sahəsində sənədləşmə işlərinin təşkilində köməklik göstərirlər.

Miqrasiya Könüllüləri ali təhsil ocağında təhsil alan 2000-ə yaxın əcnəbi tələbəyə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsi verilməsini təmin etmək üçün sənədləşmə prosesində yaxından iştirak edəcək, miqrasiya sahəsi üzrə geniş informasiya verəcək, onları maraqlandıran sualları cavablandıracaq, təklif və müraciətləri ümumiləşdirərək aidiyyəti üzrə göndərəcəklər.

Miqrasiya Könüllülərinə müraciət edənlər arasında Türkiyə, Rusiya, İran, Böyük Britaniya, İraq və BƏƏ vətəndaşları üstünlük təşkil edirlər.

Miqrasiya Könüllüləri Azərbaycan Tibb Universitetindəki fəaliyyətlərini 1 ay müddətində davam etdirəcəklər.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti