Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Miqrasiya Könüllüsü İctimai Birliyinin departamentlərində (idarələrində) vakant vəzifələrə müsahibə mərhələsi keçirilib

Müsahibə İctimai Birliyin 7 departamenti- Beynəlxalq Əlaqələr, Sponsorlarla iş, İctimaiyyətlə əlaqələr, Üzvlərlə iş və Təşkilati məsələlər, eləcə də Layihələrin idarə olunması, İnformasiya texnologiyaları, Dövlət Qurumları ilə iş üzrə aparılıb. Vakant vəzifələrin tutulması üçün 60 gənc müraciət edib. Onlar liderlik qabiliyyəti, özünü təqdimetmə bacarığı, sosial aktivliyi, dünya görüşü və dil biliyi ilə fərqlənməyə çalışıblar. Seçim Miqrasiya Könüllüsü İctimai Birliyinin İdarə heyətinin üzvləri tərəfindən aparılıb.

Müsahibə mərhələsindən uğurla keçən namizədlər İctimai Birliyin departamentlərində təmsil olunmaqla, yerli və beynəlxalq layihələrə qatılmaqla yanaşı, təşkilatçı qismində də iştirak  imkanı qazanacaqlar.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti