Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin ASAN Xidmət mərkəzlərində çalışan əməkdaşları üçün təlim təşkil edilib

Təlimin məqsədi Dövlət Miqrasiya Xidmətinin (DMX) ASAN Xidmət mərkəzlərində çalışan əməkdaşlarına müraciət edən vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məmnunluğunun təmin edilməsi üçün onların peşəkarlıqlarının, bilik və bacarıqlarının artırılmasıdır.

Xidmətin Təlim-tədris mərkəzində keçirilən kursda “Miqrasiya Məcəlləsi”nə və “Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu”na edilmiş son əlavə və dəyişikliklər, etik davranış, ünsiyyət mədəniyyəti, müraciət formaları barədə məlumat verilib, müzakirələr aparılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti