Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsi ilə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov BMT-nin Bütün Əməkçi Miqrantların Hüquqlarının Müdafiəsi Komitəsinin üzvləri ilə görüşüb.

Xidmət rəisi Vüsal Hüseynov bildirib ki, ölkəmizdə miqrantların hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin öz hüquq və azadlıqlarını həyata keçirmələri üçün bütün imkanlar yaradılıb. Ölkə iqtisadiyyatının dinamik inkişaf tempi nəticəsində respublikada əməkçi miqrantlar üstünlük təşkil edirlər. Vüsal Hüseynov miqrasiya münasibətlərinin tənzimlənməsində “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Beynəlxalq Konvensiyanın prinsiplərinin daim diqqətdə saxlanıldığını qeyd edib.

Səmimi qəbula görə təşəkkür edən komitə üzvləri Azərbaycanda həyata keçirilən miqrasiya siyasətini yüksək qiymətləndiriblər.

Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti