Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətində təlim keçirilib

Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına “Azərbaycan Respublikasında yeni inzibati hüquq, onun tətbiqi ilə bağlı aktual məsələlər” mövzusunda təlim təşkil edilib.

Təlim miqrasiya orqanları işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və aidiyyəti struktur bölmələrin fəaliyyət istiqamətlərinin əlaqələndirilməsi məqsədilə keçirilib.

Təlimdə Milli Məclisin inzibati və hərbi qanunvericilik şöbəsi müdirinin müavini Səyyad Kərimov iştirakçılara inzibati icraatın başlanılmasının əsasları və prinsipləri, inzibati akt, inzibati aktın forma və məzmunu, inzibati aktın hüquqi qüvvəsi, inzibati aktın icrası ilə bağlı məlumat verib.

Mövzu ilə bağlı suallar cavablandırılıb və fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, təlim Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşmanın dəstəklənməsi” layihəsi çərçivəsində təşkil edilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti