Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Miqrasiya könüllüləri yeni layihəyə start verir

Gəncləri bir araya gətirmək, onları maraqlandıran məsələlərin həlli yollarını birlikdə araşdırmaq, fərdi inkişafına töhfə vermək və aktiv müzakirə mühiti yaratmaq məqsədilə Miqrasiya Könüllüləri “Gənclik İnkişaf Forumu” layihəsinə başlayır.

Layihə çərçivəsində gənclərin sahələr üzrə peşəkar, təcrübəli şəxslərlə müzakirə formatında müxtəlif mövzularda görüşləri təşkil olunacaq. İştirakçılar müəyyən edilmiş mövzular ətrafında geniş müzakirələr aparmaq, təkliflər vermək, suallar ünvanlamaq, məlumat almaq imkanı qazanacaq, forumun qonaqları ilə daha yaxından tanış olacaqlar.

Gənclik İnkişaf Forumunun ilk qonağı Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovdur.

 

Mövzu: “Fərdi inkişaf strategiyaları”

 

Görüş 22 sentyabr, saat 10:30-da, Dövlət Miqrasiya xidmətinin inzibati binasında təşkil olunacaq.

Qeydiyyat üçün:

https://docs.google.com/forms/d/e/1FAIpQLSdkH3ZAq-Sz19tWmgJl5PPWmeT2p3RO74uFJ7XkbyGT7nV7bQ/viewform?vc=0&c=0&w=1

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti