Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinə yeni qəbul olunmuş əməkdaşlar tədris kursuna cəlb olunublar

Miqrasiya orqanlarına işə yeni qəbul edilən əməkdaşların peşə hazırlığının yüksəldilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinin (DMX) Təlim-tədris mərkəzində təlimlər başlanılıb.

Kurs çərçivəsində namizədlərə “Miqrasiya siyasəti”, “Miqrasiya hüququna giriş”, “ASAN xidmət” mərkəzlərində Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin təşkili”, “Miqrasiya orqanlarının fəaliyyətində şəffaflığın qorunması”, “Miqrasiya sahəsində beynəlxalq əməkdaşlıq və perspektivlər”, “Əmək miqrasiyası”, eləcə də digər mövzularda mühazirə və seminarlar, o cümlədən praktiki məşğələlər təşkil olunub.

Təlim çərçivəsində mövzularla bağlı fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

Qeyd edək ki, yeni əməkdaşların iştirak etdiyi təlim 5 gün davam edəcək.  

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti