Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Miqrasiya Könüllüləri sertifikatla təltif olunublar

Dövlət Miqrasiya Xidmətinin regional idarə və struktur bölmələrində təcrübə keçmiş 51 nəfər Miqrasiya  könüllüsünə sertifikatların təqdim olunması mərasimi keçirilib.

Mərasimdə Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, miqrasiya xidməti müşaviri, Könüllülərlə iş üzrə koordinator Elnur Kələntərov gənclərin inkişafına yönələn dövlət siyasətini xüsusi vurğulayaraq, bu sahədə respublikamızda görülən işlərdən bəhs edib. Təcrübə kursunu uğurla başa vurmuş gənclərə DMX-nin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun təbriklərini çatdırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

1 ay müddətində DMX-nin müxtəlif struktur bölmələrində təcrübəli mütəxəssislərlə birbaşa çalışan, bu sahədə təcrübə toplayan könüllülər göstərilən etimada görə təşəkkürlərini bildiriblər.

Daha sonra könüllülərə sertifikatlar təqdim edilib və xatirə şəkli çəkilib. Miqrasiya könüllüləri üçün yaradılmış təcrübə proqramı davamlı olaraq təşkil edilir. Hazırda 13 nəfər Miqrasiya könüllüsü DMX-nin struktur bölmələrində təcrübə kurslarına cəlb olunub.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti