Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK)  Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşüb.

Vüsal Hüseynov Dövlət Miqrasiya Xidməti ilə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi arasında olan səmərəli əlaqələrə toxunub, eləcə də ölkədə mövcud sığınacaq sisteminin təkmilləşdirilməsi ilə əlaqədar  mühüm işlər aparıldığını, qaçqın statusu almış şəxslərin inteqrasiyası ilə bağlı məsələlərin diqqət mərkəzində olduğunu bildirib.

Görüşdə 7-11 oktyabr 2019-cu il tarixlərdə Cenevrədə keçiriləcək BMT QAK-ın İcraiyyə Komitəsinin 70-ci sessiyası və 17-18 dekabr tarixlərdə reallaşacaq Qaçqınlar üzrə I Qlobal Foruma dair müzakirələr, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti