Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Kürdəmirdə maarifləndirmə tədbiri və səyyar xidmət təşkil edilib

Dövlət Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətinin inzibati binasında “İnsan alverinə qarşı mübarizə tədbirləri və miqrasiya qanunvericiliyinə edilmiş son dəyişikliklər" mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə rayonun kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, tibb və təhsil işçiləri, ictimai təşkilatlar, sahibkarlar, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslər olmaqla, ümumilikdə 88 nəfər iştirak edib.

Mövzu ilə bağlı məruzələr dinlənilib, tədbir iştirakçılarını maraqlandıran suallar qanunamüvafiq qaydada cavablandırılıb. 

Tədbirin sonunda vətəndaş məmnunluğunun təmin olunması məqsədilə 6 nəfərə səyyar xidmət göstərilib. 4 nəfərə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi, 1 nəfərə ölkədə müvəqqəti yaşama icazəsinin alınması ilə bağlı sənədlərin siyahısı təqdim olunub. 1 nəfərin isə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı müraciəti qəbul edilib.

Miqrasiya sahəsində maarifləndirmə tədbirləri davam etdirilir.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti