Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Şəki regional miqrasiya idarəsində “Miqrasiya könüllüləri”nə sertifikat verilib

Şəki regional miqrasiya idarəsində fəaliyyətini uğurla başa vuran 10 könüllüyə sertifikat təqdim edilib. Son illər ölkədə könüllülük hərəkatının geniş vüsət alması müsbət hal kimi qiymətləndirilib. Şəki regional miqrasiya idarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri İlqar Mehdiyev bildirib ki, gənclərin miqrasiya orqanlarında təcrübə keçməsi onların gələcək əmək fəaliyyəti dövründə əhəmiyyətli rol oynayacaq.

Könüllülər əsasən, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, olduğu yer üzrə qeydiyyat və digər məsələlərlə bağlı müraciət edən vətəndaşlara yardımçı olublar.

Dövlət Miqrasiya Xidmətinə işə qəbulla bağlı keçirilən son müsahibədə bir nəfər-Xəyalə Qafarova Şəki regional miqrasiya idarəsində işə qəbul olunub.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti