Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Miqrasiya könüllüləri arasında şahmat yarışı təşkil edilib

Beynəlxalq Şahmat Günü münasibətilə “Miqrasiya könüllüləri” arasında şahmatın sürətli növündə yarış keçirilib.

Turnir Dövlət Miqrasiya Xidməti, Vüqar Həşimov adına Şahmat Akademiyası və “Miqrasiya  Könüllüsü” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Əvvəlcə Akademiyanın prezidenti Qasım Həşimov Azərbaycanın tanınmış şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun idman karyerası və parlaq qələbələri haqqında yarış iştirakçılarına məlumat verib. Daha sonra Akademiyanın müəllimi, əməkdar məşqçi Anar Allahverdiyev könüllülərə şahmat üzrə master-klass keçib.

Dairəvi sistem üzrə 5 turdan ibarət yarışda  24 könüllü mübarizə aparıb. Turnirin qalibi  fəal gənc Elçin Osmanov olub.
2 və 3-cü yerə  Miqrasiya könüllüləri Vüsal İsmayılov, Müseyib Şirəliyev çıxıblar.

Qalib və mükafatçılar diplom və qiymətli hədiyyələrlə  təltif olunublar.
Turnir çərçivəsində “Miqrasiya Könüllüsü” İctimai Birliyi və Vüqar Həşimov adına Şahmat Akademiyası arasında anlaşma memorandumu imzalanıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti