Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Miqrasiya könüllüləri Azərbaycan Hərb Tarixi Muzeyində olublar

26 iyun –Silahlı Qüvvələrin 101-ci ildönümü ilə əlaqədar 28  könüllü Azərbaycan Hərb Tarixi Muzeyində olub.

Gənclər açıq səma altında qoşun növləri üzrə texnikadan ibarət ekspozisiyaya baxıblar. Onlara Azərbaycan tarixinin müxtəlif mərhələləri və ordumuzun malik olduğu hərbi texnika, Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlər, keçirdiyi görüşlər, həmçinin Silahlı Qüvvələrin qoşun növləri üzrə hərbi geyim nümunələri barədə ətraflı məlumat verilib. Bildirilib ki, məhz 1993-cü ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra muzeyin eksponatları artırılıb, fondu zənginləşdirilib.

Daxili ekspozisiyada Heydər Əliyev və Silahlı Qüvvələr quruculuğu zalları, nadir eksponat və sənədlərlə də tanışlıq olub. Azərbaycan Hərb Tarixi Muzeyi Miqrasiya könüllülərində xoş təəssürat yaradıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti