Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətində Bolqarıstan Respublikasının nümayəndə heyəti ilə readmisiya sahəsində danışıqlar aparılıb

18-19 iyun tarixlərində Azərbaycan və Bolqarıstan Hökumətləri, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Sazişin həyata keçirilməsi üzrə Protokol layihəsinə dair danışıqlar aparıblar.

Danışıqlarda Bolqarıstan Respublikasını Sərhəd Polisi Baş Direktorluğunun rəis müavini cənab Stoyan İvanovun, Azərbaycan Respublikasını isə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri cənab Vahid Qəhrəmanovun rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil ediblər. Görüşdə  Azərbaycanla Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Sazişin həyata keçirilməsi üzrə Protokol layihəsinin maddələri üzrə müvafiq ikitərəfli müzakirələr aparılıb. 

Sonda görüşün protokolu hazırlanaraq imzalanıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti