Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi beynəlxalq tərəfdaşlarla görüşüb

Dövlət Miqrasiya Xidmətində “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsinin başa çatması münasibəti ilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyi, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyi, BP şirkəti və onun tərəfdaşları ilə görüş keçirilib.

Görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi çərçivəsində görülmüş işlər, əldə olunmuş uğurlardan söhbət açıb. Xidmət rəisi icrası bitmiş və cari layihələr çərçivəsində tərəflər arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Bildirib ki, Dövlət Miqrasiya Xidmətinin əməkdaşlıq etdiyi tərəfdaşlar bir sıra layihələrin icrasında mühüm rol oynayıb. Qeyd edib ki, “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi yeniliklərin həyata keçirilməsinə öz töhfəsini verib.  Xidmət rəisi əldə olunmuş nəticələrin daha da möhkəmləndiriləcəyinə və inkişafına əminliyini vurğulayıb.

Vüsal Hüseynov Dövlət Miqrasiya Xidməti üçün prioritetin mövcud beynəlxalq əməkdaşlığın daha da dərinləşdirilməsindən, miqrasiya sahəsində Azərbaycanın qlobal səviyyədə mövqeyinin möhkəmləndirilməsindən ibarət olduğunu vurğulayıb.

Səmimi görüşə görə təşəkkür edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli,Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas,  BMqT-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqyev çıxışlarında birgə reallaşdırılan layihələrin əhəmiyyətindən söz açıblar. Uğurlu əməkdaşlıq münasibətlərinin formalaşdırılmasında Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti müsbət hal kimi qiymətləndirilib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə miqrasiya qanunvericiliyi ilə bağlı bəzi məqamlar gündəmə gətirilib, gələcək əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Sonda “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi çərçivəsində görülmüş işlərin yekun təqdimatı qonaqların diqqətinə çatdırılıb

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti