Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

DOST süfrəsi bu dəfə Dövlət Miqrasiya Xidmətində açılıb

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) insanlar arasında bərabərlik və mərhəmət rəmzi olan Ramazan ayında təşkil edilən “DOST süfrəsi” adlı aksiyaya qoşulub.

DMX-nın Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin rəisi Aydan Seyidova, İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Elnur Kələntərov və xidmətin bir qrup əməkdaşı Azərbaycanda qaçqın status almaq üçün müraciət edən üçüncü ölkə vətəndaşları ilə iftar süfrəsi  ətrafında görüşüblər.

Xeyirxahlıq və əmin-amanlıq rəmzi olan Ramazan ayında təşkil edilən iftar süfrəsi səmimi, mehriban ünsiyyət mühitində yaddaqalan bir görüşə çevrilib. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin təşəbbüsü ilə keçirilən layihədə estafeti Dövlət Gömrük Komitəsi və Dövlət Aqrar Ticarət şirkətinə ötürürük.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti