Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Dövlət Miqrasiya Xidməti Zaqatalada səyyar xidmət təşkil edib

Dövlət Miqrasiya Xidməti tərəfindən Şəki regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Zaqatala şəhərində səyyar xidmət təşkil edilib.

Səyyar xidmətin imkanlarından 27 şəxs  istifadə edib. Onlardan 10 nəfərə  vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib, 2 nəfərdən müvəqqəti  yaşama icazəsinin verilməsi, 8 nəfərindən isə Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənəd və 1 nəfər Azərbaycan Respublikasının vətəndaşından Xidmət rəisinin adına ərizə qəbul edilib.

Bundan başqa, 6 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.

Qeyd edək ki, səyyar xidmət istifadəçilərinə “MİGAZ”ın tətbiqi və tətbiqində olan yeniliklərlə bağlı məlumatlar verilib.

Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.  

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti