Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialında əhalinin miqrasiya qanunvericiliyi sahəsində maarifləndirməsi və Dövlət Miqrasiya Xidmətin yaradılmasının 12-ci ildönümü ilə əlaqədar olaraq universitetin tələbələri, müəllim heyəti və ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.

Görüş iştirakçılarına ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsi, idarə olunması sahəsində “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, vətəndaşlıq məsələləri, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi  kimi məsələlərlə bağlı gördüyü işlər barədə geniş məlumat verilib. Ölkəmizə gələn əcnəbilərin respublikamızda olma və yaşamalarını leqallaşdırmalarının qanunvericiliyin tələbi olduğu diqqətə çatdırılıb. Həmçinin tədbir iştirakçılarına “MİGAZ”ın istifadəsi və tətbiqində olan yeniliklər ilə bağlı məlumatlar verilmiş və video təlimat vasitəsi ilə göstərilmişdir. Sonra “Miqrasiya Könüllüsü-Sən fərqlisən!” layihəsi haqqında məlumat verilib.

Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti