Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətində Gürcüstan əsilli ziyalılarla görüş keçirilib

28 fevral 2019-cu il tarixdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Gürcüstan əsilli ziyalılardan ibarət nümayəndə heyəti ilə görüşüb.

Xidmət rəisi iki ölkə arasında mövcud olan tarixi dostluq və mehriban qonşuluq münasibətləri, dövlət başçılarının müdrik siyasəti sayəsində xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsi, eləcə də miqrasiya sahəsində həyata keçirilən tədbirlər, tərtib edilən yeniliklər barədə ətraflı məlumat verib. Bildirib ki, ölkəmizin əcnəbilər üçün turizm, əmək miqrasiyası və investisiya nöqteyi-nəzərindən cəlbediciliyinin artırılması məqsədi ilə miqrasiya qanunvericiliyinin sadələşdirilməsində artıq bir sıra dəyişikliklər həyata keçirilib. Həmçinin, Dövlət Miqrasiya Xidməti tərəfindən mütəmadi olaraq təhlillər aparılır, ölkəmizə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin rahatlığının təmin edilməsi məqsədi ilə yeni təkliflər hazırlanır.

      Səmimi qəbula görə Xidmət rəisinə təşəkkür edən ziyalılar Gürcüstanlı soydaşlarımızın Azərbaycanda olma və yaşama qaydaları ilə bağlı qanunvericiliyin daha da sadələşdirilməsini, eləcə də müəyyən imtiyazların verilməsi məsələsinə baxılması üçün təkliflərin hazırlnması proseslərində Dövlət Miqrasiya Xidmətinin və digər aidiyyati qurumların iştirakının vacibliyini vurğulayıblar.  

 Görüşdə ziyalıları maraqlandıran digər məsələlərə də aydınlıq gətirilib.

Qeyd edək ki, görüşdə DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov da iştirak edib.

 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti