Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr idarəsinin məlumatı

Lənkəran regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Cəlilabad rayonunda Azərbaycan Pedaqoji Universitetinin Cəlilabad rayon filialında  müəllim və tələbə kollektivinin işitirakı ilə maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə miqrasiya sahəsində qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərlə bağlı məlumatlar verilib, mobil tətbiq - “MİGAZ”-ın funksiyaları, istifadə qaydaları əyani göstərilməklə geniş izah olunub. Həmçinin Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən elektron xidmətlər Azərbaycan Respublikasında əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, onlara ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazənin verilməsi qaydaları izah edilib, qanunsuz miqrasiya, qanunvericiliyin tələblərinin pozulması zamanı inzibati məsuliyyət barədə geniş məlumat verilib. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma və yaşaması, iş icazəsinin verilməsi ilə bağlı prosedurların sadələşdirildiyi konkret faktlarla diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti