Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) üzvləri ilə görüşüb.

 

Tədbirdə  birliyə üzv olan şirkətlərin 50-dən artıq nümayəndəsi iştirak edib. Açılış nitqi ilə çıxış edən TÜİB sədri Hüseyin Böyükfırat və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndəsi Volkan Öskiper tədbirin keçirilməsinə dəstək göstərdiyi üçün Vüsal Hüseynova təşəkkürünü bildirərək görüşün əhəmiyyətindən danışıblar.

Ölkəmizdə fəaliyyət göstərən sahibkarlarla artıq ənənə halını almış bu görüşlərin dövlət-özəl sektor arasında Dialoqun inkişafına öz töhfəsini verdiyini bildirən Xidmət rəisi ölkəmizdə özəl sektorun inkişafına, iş adamlarına yaradılan şəraitin daim Dövlət başçısının diqqətində olduğunu xüsusi qeyd edib.  Vüsal Hüseynov işəgötürənlərə Xidmətin fəaliyyəti ilə bağlı hər hansı çətinliklərlə qarşılaşacaqları halda dərhal Qaynar xətt vasitəsi ilə birbaşa müraciət imkanlarından yararlana biləcəklərini tövsiyə edərək işgüzar dairələri narahat edən miqrasiyaya dair məsələlərin müzakirəsinə və onlarla əməkdaşlığa, o cümlədən rastlaşılan problemlərin birgə həllinə açıq olduğunu diqqətə çatdırıb.

Son zamanlar miqrasiya qanunvericiliyində həyata keçirilimiş dəyişikliklər, yeniliklərin tətbiqi, məlumatlandırma kampaniyaları, innovativ yanaşmalar və perspektivdə duran istiqamətlər barədə məlumat verən Xidmət rəisi çıxışının sonundan iş adamlarının çoxsaylı suallarını cavablandırıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti