Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti Zaqatalada səyyar xidmət təşkil edib

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Şəki regional miqrasiya idarəsinin  xidməti  ərazisinə  daxil  olan Zaqatala şəhərində növbəti səyyar xidmət  həyata  keçirilib.

Əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən  Dövlət  Miqrasiya  Xidmətinə  edilən  bütün növ müraciətlərin qəbulunu yerində  və  operativ  şəkildə həyata keçirmək məqsədi daşıyan səyyar xidmətin imkanlarından 23 nəfər istifadə edib. Onlardan 11 nəfərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələri, 4 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. Bundan başqa, 8 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, eləcə də daimi yaşama və iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.  Həmçinin tədbir iştirakçılarına Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi olan “MİGAZ”ın üstünlükləri, təqdim edilən elektron xidmətləri haqqında məlumatlar verilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti