Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti Qusar rayonunda maarifləndirmə tədbiri keçirib

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Xaçmaz regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Qusar rayonunda miqrasiya qanunvericiliyinin təbliği və “Samur” gömrük-sərhəd buraxılış məntəqəsində mirasiya bölməsinin fəaliyyəti barədə maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Rusiya Federasiyası ilə həmsərhəd kəndlərin icra nümayəndələri, bələdiyyələr, həmin kəndlərin ictimai aktiv sakinləri və əcnəbi vətəndaşlardan ibarət 60 nəfər iştirak edib.

Maarifləndirmə tədbirində Xaçmaz regional miqrasiya idarənin rəis müavini və İdarənin bölmə rəisi  miqrasiya qanunvericiliyinə edilmiş son dəyişikliklər  və “Samur” dövlət sərhəd buraxılış məntəqəsində göstərilən xidmətlər barədə iştirakçıları məlumatlandırıblar. Sonra mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edilən tədbirdən sonra Azərbaycan ilə Rusiya Federasiyasının sərhəddində yerləşən Zuxul, Xanoba və Şirvanlı gömrük-keçid məntəqələrində görüşlər keçirilib, “Samur” dövlət sərhəd buraxılış məntəqəsində fəaliyyətə başlamış miqrasiya bölməsi haqqında ətraflı məlumat verilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti