Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti Türkiyənin Gəncədəki Baş Konsulluğunda maarifləndirmə tədbiri keçirib

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Gəncə regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulluğunun inzibati binasında miqrasiya qanunvericiliyinin təbliği məqsədilə maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Gəncə şəhərində təhsil alan türkiyəli tələbələr, ətraf rayon və şəhərlərdə fəaliyyət göstərən türkiyəli sahibkarlar və konsulluğun əməkdaşları iştirak ediblər.

Maarifləndirmə tədbirində miqrasiya qanunvericiliyinə edilmiş son dəyişikliklər, Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən elektron xidmətlər və yeni istifadəyə verilən MİGAZ mobil tətbiqinin üstünlükləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, vətəndaşlara, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin operativliyini, rahatlığını, habelə şəffaflığını təmin etmək məqsədilə Xidmətdə müasir innovasiyaların tətbiqinə önəm verilir.

Eləcə də fəaliyyət imkanları genişləndirilən DMX-nın bu yaxılarda istifadəyə verilmiş “Samur” və “Şıxlı” dövlət sərhəd buraxılış məntəqələrində göstərilən xidmətləri barədə iştirakçılar məlumatlandırılıblar. 

Sonda tələbələri və iş adamlarını maraqlandıran suallar cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti