Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti İvanovka, Ruşan və Qalagah kəndlərində səyyar xidmət təşkil edib

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan İsmayıllı rayonunun İvanovka, Ruşan və Qalagah kəndlərində növbəti səyyar xidmət təşkil olunub.

Xidmət göstərilən vətəndaşlardan 1 nəfərə daimi və 2 nəfərə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, 4 nəfərə isə ölkədə müvəqqəti yaşamaq icazəsi almaq məqsədilə tələb olunan sənədlərin adlı siyahıları təqdim edilib.

Mütəmadi olaraq səyyar xidmətin təşkil edilməsinin əsas məqsədi ucqar kəndlərdə yaşayan, sosial və sağlamlıq imkanlarına görə bilavasitə regional idarələrə müraciət etməkdə çətinlik çəkən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin DMX-nin fəaliyyət istiqamətinə uyğun olaraq müraciətlərinin qəbulunu yerində  və  operativ  şəkildə cavablandırılmasını həyata keçirməkdir.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti