Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabla görüşüb.

Xidmət rəisi bu görüşün hər iki dövlət arasında  iqtisadi və siyasi əlaqələrin daha da möhkəmləndirilməsində çox önəmli olduğunu vurğulayıb. Vüsal Hüseynov bildirib ki, son illər ərzində rəqabətə davamlı Azərbaycan iqtisadiyyatının potensialının daha da artması ölkəmizi istər biznes yatırımları, istərsə də turist axını baxımından çox cəlbedici edib. Məhz bu səbəbdən də Azərbaycana gələn iş adamları üçün münbit şəraitin yaradılması və paralel olaraq qanunsuz miqrasiyanın qarşısının alınması prioritet fəaliyyət istiqamətlərindən biridir. Ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinə toxunan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov son razılaşma mərhələsində olan Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Sazişin əhəmiyyətini xüsusi vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Mixael Kindsqrab Azərbaycanın artan iqtisadi potensialını yüksək qiymətləndirərək görüşün qarşılıqlı əməkdaşlığın inkişafında böyük töhfələr verəcəyinə əminliyini bildirib. Cənab Kinqsqrab alman iş adamlarının Azərbaycandakı biznes fəaliyyətlərinin inkişafında marağlı olduğunu və Azərbaycan hökuməti tərəfindən bu sahədə yaradılan şəraitdən məmnun qaldığını bildirib.

Görüşdə miqrasiya sahəsində nəzərdə tutulan layihələrin icrası, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, Alman-Azərbaycan Xarici Ticarət Palatasının fəaliyyəti  və digər əməkdaşlıq perspektivləri müzakirə olunub.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti