Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 166 əcnəbi saxlanılıb

Ötən həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 166 nəfər əcnəbi saxlanılıb. Onlardan 1 nəfər Pakistan və 1 nəfər Gürcüstan vətəndaşı Daxili İşlər Nazirliyi ilə keçirilmiş birgə tədbirlər zamanı aşkarlanıb.

Saxlanılmış 13  nəfər Türkmənistan və 9 nəfər Türkiyə vətəndaşının gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması,  1 nəfər Türkiyə vətəndaşının qeydiyyat ünvanı üzrə yaşamadığı, 1 nəfər Hindistan və 1 nəfər Türkiyə vətəndaşının qanunsuz əmək fəaliyyəti ilə məşğul olduğu,  digər 141 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Həmin əcnəbilərdən 125 nəfər barəsində inzibati qərarlar qəbul olunub. Digər 41 əcnəbinin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti