Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Üç gün ərzində qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 83 əcnəbi saxlanılıb

Son üç gün ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı  ümumilikdə 83 nəfər əcnəbi saxlanılıb.   

Saxlanılmış şəxslərdən 11-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 6-nın gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olduqları, 1-nin əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılaraq girişinə məhdudiyyət qoyulduğu, lakin əcnəbinin bilərəkdən sənədlərində dəyişiklik edərək yenidən ölkəyə daxil olduğu, digər 65 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 65-nin barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

DMX qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirir.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti