Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti tərəfindən 74 əcnəbi inzibati məsuliyyətə cəlb edilib

Dövlət Miqrasiya Xidməti tərəfindən iyulun 25-dən 28-nə kimi qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı 22-si Gürcüstan, 13-ü Pa­kis­tan, 12-si Rusiya, 10-u Türkiyə, 6-sı Banqladeş, 6-sı İraq, 1-i Türkmənistan, 1-i Misir, 1-i İran, 1-i Hindistan və 1-i Moldova və­tən­da­şı ol­maq­la ümu­­mi­likdə 74 əc­nə­bi sax­­­la­nıl­ıb..

Saxlanılmış 5 nəfər Gürcüstan və 1 nəfər İran vətəndaşının qeydiyyat ünvanı üzrə yaşamadıqları, 3 nəfər Türkiyə vətəndaşının Azərbaycan Res­pub­li­ka­­sı­nın ərazisində gəlişinin bəyan edilmiş məqsədini pozduqları, digər 65 nəfərin isə ölkədə qanunsuz yaşadıqları müəyyən edilib.  

Saxlanılmış əcnəbilərdən 57 nəfər barəsində inzibati qərarlar qəbul edilib,  digər əcnəbilərin ölkəmizin hü­dud­la­rından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mü­ba­­ri­zə çər­çi­və­­sində tədbirlər da­vam etdirilir.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti