Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti Göyçay və İsmayıllı rayonlarında səyyar xidmət təşkil edib

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Göyçay və İsmayıllı rayonlarında növbəti səyyar xidmət təşkil olunub.

Səyyar xidmətin imkanlarından 8 şəxs istifadə edib. Onlardan 4 nəfərə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi və 1 nəfərə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair arayış, 2 nəfərə Azərbaycan vətəndaşlığına qəbul və 1 nəfərə daimi yaşamaq üçün icazəsinin verilməsi ilə bağlı tələb olunan sənədlərin adlı siyahıları təqdim olunub.

Onlar göstərilən qayğı və diqqətə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.

Səyyar xidmətin təşkil edilməsinin əsas məqsədi ucqar kəndlərdə yaşayan, sosial və sağlamlıq imkanlarına görə bilavasitə regional miqrasiya idarəsinə müraciət etməkdə çətinlik çəkən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin DMX-nin fəaliyyət istiqamətinə uyğun olaraq müraciətlərinin qəbulunu və cavablandırılmasını həyata keçirməkdir.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti