Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Balakəndə 37 şəxsə səyyar xidmət göstərilib

Dövlət  Miqrasiya  Xidməti tərəfindən Şəki  regional  miqrasiya  idarəsinin  xidməti  ərazisinə  daxil  olan Balakəndə səyyar xidmət  təşkil edilib. Məqsəd əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən DMX-yə  edilən  bütün növ müraciətlərin qəbulunu yerindəcə  operativ  şəkildə icra etməkdir.

Səyyar xidmətin imkanlarından 37 şəxs  istifadə edib. Belə ki, onlardan 4 nəfərin Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, 2 nəfərin isə müvəqqəti  yaşama icazəsinin verilməsi ilə bağlı sənədləri qəbul edilib. Həmçinin 13 şəxsə Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələri, 11 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. Bundan başqa 7 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, o cümlədən daimi yaşama və iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti