Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

15 nəfər qanunsuz miqrant saxlanılıb

Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mü­ba­ri­zə tədbirlərini da­vam etdirir.

Qanunsuz miq­ra­siyaya qarşı keçirilən təd­birlər za­ma­nı 7 nəfər Pakistan, 6 nə­fər Hin­dis­tan, 2 nə­fər Şri Linka və­­tən­da­şı olmaqla, ümumilikdə 15 əcnəbi sax­­­la­nıl­ıb.

Araşdırma zamanı saxlanılan əcnəbilərdən 2 nəfər Hindistan və 2 nəfər Şri Linka vətəndaşının Azərbaycana guya biznes fəaliyyəti ilə məşğul olmaq adı altında gəldikləri, lakin onların biznes sahəsində heç bir fəaliyyətlərinin olmadığı, müraciətlərinin yalnız ölkədə yaşamaq və sərbəst hərəkət etmək məqsədi daşıdığı məlum olub.

Saxlanılan digər əcnəbilərin ölkə ərazisində olma və yaşama qaydalarını pozduqları aşkar edilib. Bununla da  əcnəbilər tərəfindən Azərbaycan Res­publikasının miqrasiya qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilib və barələrində müvafiq inzibati tədbirlər görülüb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti