Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidmətinin məlumatı

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində ölkədə qeyri-qanuni yaşadıqları aşkar edilmiş və Xidmətin Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdirlimiş Hindistan vətəndaşlarının saxlanma şəraiti barədə bəzi xəbər saytlarında həqiqətə uyğun olmayan məlumatlar dərc edilmişdir.

Bununla bağlı “Azərtac” informasiya agentliyinin foto, video çəkiliş qrupu və jurnalistləri Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə dəvət edilmişlər. Mətbuat nümayəndələri Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olmuş, adından məlumat yayılmış Hossain Abdulla ilə görüşmüş və ondan müsahibə götürmüşlər.

Dövlət Miqrasiya Xidməti olaraq bəyan edirik ki, Hindistan vətəndaşları Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində 6 nəfər olmaqla saxlanırlar. Onlar gündə üç dəfə normal qida ilə təmin edilirilər və xidmət personalından hər hansı şikayətləri yoxdur.

Ümumiyyətlə, Qanunsuz Miqrantların Saxlanılması mərkəzlərində yaradılmış şərait beynəlxalq standartlara tam cavab verir və bu mərkəzlərdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının qorunması üçün bütün zəruri tədbirlər görülmüşdür. Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uliyam Leysi Svinq Azərbaycana səfəri zamanı bu mərkəzlərdə yaradılmış şəraiti çox yüksək qiymətləndirmişdir. 

VİDEO

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti