Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib

Dövlət Miqrasiya Xidmətində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra çıxış edən Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıb. Həmrəylik Gününün əsas məzmununun milli mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyaları olduğunu bildirib. O, bu xüsusda Ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən azərbaycançılıq məfkurəsinə əsaslanan ardıcıl tədbirlər barədə danışıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Dünyada yaşayan soydaşlarımızın milli mənəvi dəyərlərə bağlılığının və Vətənlə təmaslarının möhkəmləndirilməsinin daim dövlətimizin diqqət mərkəzində olduğu vurğulanıb. Bu günlərdə Azərbaycan Prezidentinin dünya azərbaycanlılarına müraciətindəki fikirlərə istinad edərək həmvətənlərimizin milli maraqlarımızın müdafiəsi naminə azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməsinin fəlsəfi-siyasi əhəmiyyətindən danışılıb. Bir daha diqqətə çatdırılıb ki, bu gün Azərbaycan Respublikası böyük iqtisadi, siyasi və mədəni potensiala malikdir.

Sonda qarşıda duran vəzifələrdən söhbət açılıb və 2018-ci ildə hər kəsə uğurlar arzulanıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti