Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti Qusar rayonunda növbəti səyyar xidmət təşkil  edib

Xaçmaz regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Qusarda əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün səyyar xidmət təşkil  edilib.

Səyyar xidmətin imkanlarından müraciət edən 37 şəxs  istifadə edib. 5 nəfərdən vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, 1  nəfərdən müvəqqəti yaşama icazəsinin verilməsi ilə bağlı sənədlər qəbul olunub. 12 şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, 12 nəfərə  vətəndaşlıq mənsubiyyətinin  müəyyən olunması ilə bağlı arayış verilib. 7 şəxsə isə təqdim etdikləri sənədlərdə mövcud çatışmazlıqlar izah edilib, həmçinin DMX-nin funksiyalarına aid olan xidmətlərlə bağlı qanunvericiliklə tələb olunan sənədlərin siyahısı verilib.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti